Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2011-ci ilin yanvar-oktyabr aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 6666,9 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 7,2 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 19,5 faizi hüquqi şəxslər, 80,5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 1298,3 milyon manatlığını hüquqi şəxslərdən, 5368,6 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2010-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 14,7 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 5,6 faiz artmışdır. Əhaliyə satılmış malların 3472,5 milyon manatını ərzaq, 3194,3 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 52,1 və 47,9 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-oktyabr aylarında əhaliyə güstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 3,2 faiz üstələyərək 2443,7 milyon manata çatmışdır. Xidmətlərin 57,3 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1399,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 1,8 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi 5,1 faiz artaraq 1044,2 milyon manata çatmışdır.