Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2022-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 faiz artaraq 7961,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4252,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,7 faiz artaraq 3709,7 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 37,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 35,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,9 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.