Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2011-ci ilin yanvar-sentyabr aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 20,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ãœmumi istehsalın 92,3 faizi sənaye mallarının istehsalı, 7,7 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 17,0 milyard manatlıq və ya ümumi istehsalın 81,1 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 3,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Yanvar-sentyabr aylarında istehlakçılara 20891,7 milyon manatlıq və ya bütün sənaye istehsalının 99,9 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2011-ci il oktyabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 217,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 13,3 milyon manat məbləğində digər mallar da olmuşdur.