Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2021-ci ilin yanvar-dekabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki illə müqayisədə 2,7 faiz artaraq 44,7 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 77,0 faizi mədənçıxarma, 20,0 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 84,2 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2022-ci il vəziyyətinə 282,5 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 81,1 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.