Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2021-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,0 faiz artaraq 11007,3 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 5710,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 5296,9 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 42,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.