Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2020-ci ilin yanvar-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu illə müqayisədə 0,5 faiz artaraq 23062,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11775,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,6 faiz azalaraq 11286,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 29,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 54,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.