Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2011-ci ilin yanvar-iyul aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 16,2 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ãœmumi istehsalın 92,0 faizi sənaye mallarının istehsalı, 8,0 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 13,0 milyard manatlıq və ya ümumi istehsalın 80,0 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 3,2 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Yanvar-iyul aylarında istehlakçılara 16236,8 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,1 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2011-ci il avqust ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 184,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 19,2 milyon manat məbləğində digər mallar da olmuşdur.