Skip to content Skip to main navigation Skip to footer

İctimai iaşə







2020-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,5 faiz azalaraq 207,6 milyon manat olmuşdur. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 58,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 41,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 123,5 milyon manat olmuşdur.