Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2019-cu ildə ticarət dövriyyəsinin həcmi 2018-ci illə müqayisədə 4,2 faiz artaraq 22222,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 0,8 faiz artaraq 10539,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 11683,8 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,7 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.