Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2019-cu ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 29,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 80,3 faizi mədənçıxarma, 17,7 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,7 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,0 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2019-cu il vəziyyətinə 273,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 66,0 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.