Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2019-cu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,2 faiz artaraq 13141,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5918,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 7223,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.