Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2011-ci ilin yanvar-aprel aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 44,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,0 min nəfər və ya 23,7 faiz az olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 25,6 faiz artaraq 495,1 manat təşkil etmişdir. 2011-ci ilin yanvar-aprel aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 16,0 min nəfər olmuşdur ki, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,1 faiz artaraq 748,8 manat təşkil etmişdir. Cari ilin yanvar-aprel aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 477,3 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 1104,9 manat təşkil etmişdir.