Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2019-cu ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 6,4 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 82,6 faizi mədənçıxarma, 15,1 faizi emal, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,0 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2019-cu il vəziyyətinə 274,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 41,5 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.