Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2011-ci ilin yanvar-may aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 11,1 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ãœmumi istehsalın 91,8 faizi sənaye mallarının istehsalı, 8,2 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 8,8 milyard manatlıq və ya ümumi istehsalın 79,6 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 2,3 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Yanvar-may aylarında istehlakçılara 11091,0 milyon manatlıq və ya bütün sənaye istehsalının 99,6 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2011-ci il iyun ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 227,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 27,1 milyon manat məbləğində digər mallar da olmuşdur.