Skip to content Skip to main navigation Skip to footer

İctimai iaşə







2018-ci ildə ictimai iaşə dövriyyəsi əvvəlki illə müqayisədə real ifadədə 8,9 faiz artaraq 1054,1 milyon manat olmuşdur. Dövriyyənin 43,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat ilində hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilə nisbətən 12,9 faiz artaraq 453,7 milyon manat təşkil etmişdir.