Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2018-ci ilin yanvar-oktyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 35,0 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 82,7 faizi mədənçıxarma, 15,4 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 84,9 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2 faiz, xidmətlərin göstərilməsi isə 9,8 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2018-ci il vəziyyətinə 219,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 30,4 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.