Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2018-ci ilin yanvar-may aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 100,0 faiz və ya 16,7 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 82,8 faizi mədənçıxarma, 15,1 faizi emal, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 84,3 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,3 faiz, xidmətlərin göstərilməsi isə 10,7 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2018-ci il vəziyyətinə 222,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 22,1 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.