Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2018-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,1 faiz artaraq 2858,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 1332,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 1526,6 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 21,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,0 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 7,0 milyon manatlıq və ya 2017-ci ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 2,5 faiz çox istehlak məhsulları satılmışdır. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunmuşdur.