Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2018-ci ilin yanvar ayında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 653,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,4 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 26,7 faizi dövlət, 73,3 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2018-ci ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,9 faizini əsaslı təmir, 4,5 faizini cari təmir, 19,9 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 84,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.