Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2011-ci ildə yanvar-feval aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 44,9 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2 min nəfər və ya 24,1 faiz az olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 28,8 faiz artaraq 485,6 manat təşkil etmişdir. 2011-ci ilin yanvar-fevral aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 15,8 min nəfər olmuşdur ki, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artaraq 665,3 manat təşkil etmişdir. Cari ilin yanvar-fevral aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 444,6 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 953,1 manat təşkil etmişdir.