Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2011-ci ilin birinci rübündə sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 6,6 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ãœmumi istehsalın 92,2 faizi sənaye mallarının istehsalı, 7,8 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 5,3 milyard manatlıq və ya ümumi istehsalın 80,3 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 1306,6 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Yanvar-mart aylarında istehlakçılara 6648,5 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,2 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2011-ci il aprel ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 162,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 10,5 milyon manat məbləğində digər mallar da olmuşdur.