Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2017-ci ilin yanvar-iyul aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,1 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 13,6 faiz artaraq 850,0 manat təşkil etmişdir. 2017-ci ilin yanvar-iyul aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,7 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz artaraq 1087,0 manat təşkil etmişdir. Cari ilin yanvar-iyul aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 773,5 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 15,7 faiz artaraq 1422,0 manat təşkil etmişdir.