Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2017-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust aylarına nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz artaraq 11732,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 5220,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq 6511,7 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 19,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 67,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Cari ilin yanvar-avqust aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 29,3 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılmışdır. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,6 faizi hüquqi şəxslərdən, 2,4 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.