Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2017-ci ilin yanvar-may aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,8 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 13,1 faiz artaraq 832,9 manat təşkil etmişdir. 2017-ci ilin yanvar-may aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,7 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,0 faiz artaraq 1073,7 manat təşkil etmişdir. Cari ilin yanvar-may aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 749,5 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 15,2 faiz artaraq 1423,0 manat təşkil etmişdir.