Skip to content Skip to main navigation Skip to footer

Ödənişli xidmətlər haqqında







2017-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 99,4 faiz təşkil edərək 2269194,1 min manat olmuşdur. Xidmətlərin 61,6 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1397932,4 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 871261,7 min manat olmuşdur.