Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2017-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində Ali neft məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü istifadəyə verilmişdir. Bundan əlavə, 2017-ci ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına 1184,8 milyon manat dəyərində əsas fondlar, ümumi sahəsi 211,2 min kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5838,9 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çox vəsait yönəldilmişdir. Ümumi sərmayənin 18,3 faizi dövlət, 81,7 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 66,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 72,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,2 faizini əsaslı təmir, 3,2 faizini cari təmir, 18,8 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 88,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.