Skip to content Skip to main navigation Skip to footer

Ödənişli xidmətlər haqqında







2017-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 97,5 faiz təşkil edərək 1892699,6 min manat olmuşdur. Xidmətlərin 60,2 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1140317,7 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 752381,9 min manat olmuşdur.