Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2011-ci ilin yanvar-fevral aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 511,5 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 32,6 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 468,1 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 43,4 milyon manatlıq vəsaitdən istifadə edilmişdir. 2011-ci ilin yanvar-fevral aylarında 109,2 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artmışdır. 2011-ci ilin yanvar-fevral aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 343,1 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,4 faiz artmışdır.