Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2017-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 2630,7 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 1215,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,2 faiz artaraq 1415,1 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 19,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,7 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Cari ilin yanvar-fevral aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 6,5 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılmışdır. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 96,1 faizi hüquqi şəxslərdən, 3,9 faizi isə fərdi sahibkarlardan alınmışdır.