Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2017-ci ilin yanvar ayında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar ayı ilə müqayisədə 1,5 faiz artaraq 1365,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 629,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,5 faiz artaraq 736,2 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 19,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Cari ilin yanvar ayında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 3,1 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,0 dəfə çox istehlak məhsulları satılmışdır. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 96,0 faizi hüquqi şəxslərdən, 4,0 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.