Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2016-cı ilin yanvar-noyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,5 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 13,8 faiz artaraq 756,5 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-noyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 93,7 faiz təşkil etmişdir, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz artaraq 970,8 manat təşkil etmişdir.
Cari ilin yanvar-noyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 712,1 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki il ilə müqayisədə 10,0 faiz artaraq 1251,7 manat təşkil etmişdir.