Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2016-cı ilin yanvar-noyabr aylarında Bakı şəhərində iri qabaritli transformatorlar, Ağdağ gips və Oksigen zavodları, Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istifadəyə verilmişdir. 2016-cı ilin yanvar-noyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11906,0 milyon manat məbləğində vəsait, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 32,6 faizi dövlət, 67,4 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 36,2 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 7600,2 milyon manat vəsait yönəldilmişdir. 2016-cı ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 73,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,2 faizini əsaslı təmir, 2,7 faizini cari təmir, 18,4 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 88,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.