Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2016-cı ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artaraq 11303,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 5041,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,6 faiz artaraq 6261,7 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 16,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 59,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,8 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Cari ilin əvvəlindən elektron qaydada pərakəndə ticarət şəbəkəsində 8,0 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 18,4 faiz çox istehlak məhsulları satılmışdır. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 87,1 faizi hüquqi şəxslərdən, 12,9 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.