Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2016-cı ilin yanvar-iyul aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,7 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 14,1 faiz artaraq 748,0 manat təşkil etmişdir. 2016-cı ilin yanvar-iyul aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 94,2 faiz təşkil etmişdir, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artaraq 957,5 manat təşkil etmişdir. Cari ilin yanvar-iyul aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 707,2 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 7,8 faiz artaraq 1228,6 manat təşkil etmişdir.