Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2011-ci ilin yanvar ayında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 214,2 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 90,9 faiz təşkil etmişdir. Məhsul istehsalı obyektlərinin inşasına 198,1 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 16,1 milyon manatlıq vəsaitdən istifadə edilmişdir. 2011-ci ilin yanvar ayında 28,1 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,9 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar ayında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 144,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artmışdır.