Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2016-cı ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,7 faiz artaraq 7589,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 3356,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,3 faiz artaraq 4233,2 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 14,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,8 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Cari ilin yanvar-iyun aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 5901,0 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 85,3 faizi hüquqi şəxslərdən, 14,7 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.