Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2016-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 1,6 faiz artaraq 6060,5 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 2566,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,4 faiz artaraq 3494,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 14,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,6 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Cari ilin yanvar-may aylarında pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 4820,4 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 84,6 faizi hüquqi şəxslərdən, 15,4 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.