Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2010-cu ilin yanvar-dekabr aylarında Bakı şəhərində Qranit-Mərmər zavodu, Səngəçalda 100 min tonluq Elevator, Muşfiqabad İdman Mərkəzi, "Dalğa Plaza" İş,"Park Bulvar" Ticarət, İstirahət və Sərgi Mərkəzləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-dekabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 447358 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-dekabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 1091,6 milyon manat əsas fondlar istifadəyə verilib. İstifadəyə verilən fondların 88,9 faizini istehsal əhəmiyyətli obyektlər təşkil edir. 2010-cu ilin yanvar-dekabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3607,5 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 55,7 faiz artmışdır. 2010-cu ilin yanvar-dekabr aylarında 1070,2 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 72,3 faiz artmışdır. 2010-cu ilin yanvar-dekabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2935,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,3 faiz artmışdır.