Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2015-ci ilin yanvar-noyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,1 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 5,7 faiz artaraq 664,8 manat təşkil etmişdir. 2015-ci ilin yanvar-noyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 910,0 manat təşkil etmişdir. Cari ilin yanvar-noyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 689,6 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 1,7 faiz artaraq 1137,8 manat təşkil etmişdir.