Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2015-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 9649,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 4331,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 18,2 faiz artaraq 5318,6 milyon manata çatmışdır. İstehlak məhsullarının 13,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 38,7 faizi isə paytaxtın bazarlarında satılmışdır. Cari ilin yanvar-sentyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 5905,8 min manat təşkil etmişdir. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 88,0 faizi hüquqi şəxslərdən, 12,0 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.