Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2015-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” oteli, “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol istifadəyə verilmişdir. 2015-ci ilin yanvar-sentyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9846,5 milyon manat vəsait yönəldilmiş, onun 70,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 6,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 14,5 faiz artmışdır. Ümumi sərmayənin 34,7 faizi dövlət, 65,3 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Əsas kapitala yönəldilmiş xarici vəsaitin istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 49,2 faiz və ya 4848,5 milyon manat, daxili vəsaitin xüsusi çəkisi isə 50,8 faiz və ya 4998,0 milyon manat təşkil etmişdir. 2015-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 71,5 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 10,2 faizini əsaslı təmir, 4,6 faizini cari təmir, 13,7 faizini isə sair tikinti işlərinə sərf edilmişdir. Ümumi inşaat işlərinin 83,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.