Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2015-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq 8604,4 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz artaraq 3698,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 29,9 faiz artaraq 4906,1 milyon manata çatmışdır. İstehlak məhsullarının 14,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 38,9 faizi isə paytaxtın bazarlarında satılmışdır. Cari ilin yanvar-avqust aylarında elektron ticarət dövriyyəsinin həcmi 10316,9 min manat təşkil etmişdir ki, onun da 53,1 faizi (5476,1 min manat) pərakəndə, 46,9 faizi (4840,8 min manat) topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Pərakəndə elektron ticarət üzrə məhsulların satışının 89,7 faizi hüquqi, 10,3 faizi isə fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.