Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2015-ci ilin yanvar-iyun aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 49,2 min nəfər olmuşdur.Çalışanların orta aylıq əmək haqqı isə 5,3 faiz artaraq 643,8 manat təşkil etmişdir. 2015-ci ilin yanvar-iyun aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,9 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 911,8 manat təşkil etmişdir. Cari ilin yanvar-iyun aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 691,5 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 1138,1 manat təşkil etmişdir.