Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2010-cu ilin yanvar-noyabr aylarında Bakı şəhərində Qranit-Mərmər zavodu, "Dalğa Plaza" İş,"Park Bulvar" Ticarət, İstirahət və Sərgi Mərkəzləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-noyabr aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 380337 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-noyabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2916,7 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,7 faiz artmışdır. 2010-cu ilin yanvar-noyabr aylarında 986,3 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 77,4 faiz artmışdır. 2010-cu ilin yanvar-noyabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 2610,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,8 faiz artmışdır.