Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2015-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz artaraq 7446,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 3279,3 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 26,1 faiz artaraq 4166,7 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 73,6 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. İstehlak mallarının 14,0 faizi hüquqi şəxslərin, 46,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 39,6 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur. Cari ilin yanvar-iyul aylarında elektron ticarət dövriyyəsinin həcmi 8934,4 min manat təşkil etmişdir ki, onun da 52,3 faizi (4671,9 min manat) pərakəndə, 47,7 faizi (4262,5 min manat) topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Pərakəndə elektron ticarət üzrə malların satışının 94,6 faizi hüquqi, 5,4 faizi isə fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.