Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2015-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində 110 kilovoltluq "Ağ şəhər-1", "Həzi Aslanov", "Kürdəxanı" və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, "Qafqaz Baku Sport Hotel" mehmanxana kompleksi, "Bulvar Hotel" oteli, "Dalğa Beach-Aqua Park" ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol istifadəyə verilmişdir. 2015-ci ilin yanvar-iyul aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7520,2 milyon manat vəsait yönəldilmiş, onun 70,6 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,1 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 19,8 faiz artmışdır. Əsas kapitala yönəldilmiş xarici vəsaitin istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 50,0 faiz və ya 3760,5 milyon manat, daxili vəsaitin xüsusi çəkisi isə 50,0 faiz və ya 3759,7 milyon manat təşkil etmişdir. 2015-ci ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 2747,0 milyon manat təşkil etmiş, ondan 71,7 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 10,7 faizi əsaslı təmir, 3,9 faizi cari təmir, 13,7 faizi isə sair tikinti işlərinə sərf edilmişdir. Ãœmumi inşaat işlərinin 83,1 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.