Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2010-cu ilin yanvar-noyabr aylarında Bakı şəhərinin sənaye subyektləri tərəfindən 22,8 milyard manatlıq və ya əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Ãœmumi istehsalın 93,6 faizi sənaye mallarının istehsalı, 6,4 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 18,8 milyard manatlıq və ya ümumi istehsalın 82,3 faizi, dövlət müəssisələri tərəfindən isə 4,0 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Yanvar-noyabr aylarında istehlakçılara 22,9 milyard manatlıq və ya bütün sənaye istehsalının 100,4 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2010-cu il dekabr ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 154,5 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Bundan başqa həmin tarixə anbarlarda sənaye müəssisələri tərəfindən alınmış və satış üçün nəzərdə tutulmuş 12,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.