Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2015-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 4116,9 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 1745,2 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 11,7 faiz artaraq 2371,7 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 63,3 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. İstehlak mallarının 13,2 faizi hüquqi şəxslərin, 44,9 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 41,9 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Cari ilin yanvar-aprel aylarında elektron ticarət dövriyyəsinin həcmi 5152,9 min manat təşkil etmişdir ki, onun da 57,6 faizi (2967,7 min manat) pərakəndə, 42,4 faizi (2185,2 min manat) topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Pərakəndə elektron ticarət üzrə malların satışının 97,6 faizi hüquqi, 2,4 faizi isə fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.