Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2015-ci ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,6 faiz artaraq 7124,4 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 73,0 faizi mədənçıxarma, 20,3 faizi emal, 6,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 84,2 faizi sənaye mallarının istehsalı, 15,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 5404,3 milyon manatlıq və ya ümumi istehsalın 75,9 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 1 720,1 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmiş, bununla yanaşı, may ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 293,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 9,2 milyon manat məbləğində digər mallar da mövcud olmuşdur.