Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2015-ci ilin yanvar-fevral aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 49,0 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 1,8 faiz artaraq 622,9 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-fevral aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,9 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 887,6 manat təşkil etmişdir.
Cari ilin yanvar-fevral aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 690,5 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki il ilə müqayisədə 10,8 faiz artaraq 1090,3 manat təşkil etmişdir.